Bakıda seksual manyak tutuldu -ŞOK FAKTLAR - VİDEO
Bizi izləyin

Qırmızı.az

Bakıda seksual manyak tutuldu -ŞOK FAKTLAR - VİDEO

Neçə gündür ki, axtarılan 13-15 yaşlı qızları qaçırıb, təcavüz edən seksual manyak tapılıb.

ATVxəbər.az məlumat verir ki, "Öz aramızda" verilişinə danışan Peyman adlı şəxs günahını boynuna almayıb:

"Mən heç birini yoldan çıxartmamışam, bir-birimizi sevmişik. Mənzurənin (13 yaşlı qız-red) evdə problemi oldu, dedi yanına gəlim. Mən onu qaçırtmamışam, heç nəyə məcbur etməmişəm, özü mənim evimə gəlib".

Peyman əlavə edib ki, ilk dəfə istədiyi qızla ailə qurduğu üçün ailəsi ondan imtina edib:

"Öz istədiyim qızla ailə qurduğum üçün valideynlərim məndən imtina etdi. Mən hələ də evliyəm, boşanmamışam. Hər kəs xoşbəxt olmaq istəyir. Sevgimi tapmaq istəmişəm. Manyaklığım yoxdu, istəmişəm ailəm olsun. 13 yaşlı Mənzurə xanım 5-ci qız olub".

***

Seksual manyakın birinci və rəsmi, hələ də boşanmadığı həyat yoldaşı “Öz aramızda”ya gəlib. ATVxəbər.az məlumat verir ki, həyat yoldaşı həmin manyakdan artıq 3 ildir ki, ayrıldığını etiraf edib: “Yalan üstə ayrıldıq. Qızımız var. Döyməyib, sönməyib. Amma işləmirdi, evə pul gətirmirdi. Gəldi-getdi amma bağışlamırdım. Rəsmən evləndik, rəsmən də hələ ayrılmamışıq. Qızımız yaş yarımdı. İki il ara sıra bir yerdə olduq. Məndən ayrılandan 4 ay sonra qız qaçırtdı. Toy günü zəng elədi ki, qayıt mənə... Mən də dedim ki, biz də alınmayacaq, xoşbəxt ol. Axırıncı dəfə ayrılanda ona dedim ki, mən səndən ayrılsam bir də barışmayacağam. 3 ildir ayrıyıq və onunla əlaqəm yoxdu”.

Xatırladaq ki, həmin manyak 13-15 yaşlı qızları oğurlayıb, aparır və onlara təcavüz edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm