AMEA-nın prezidenti: “Azərbaycan elmi sürətlə qocalır”
Bizi izləyin

Qırmızı.az

AMEA-nın prezidenti: “Azərbaycan elmi sürətlə qocalır”

Bu gün Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının I qurultayı öz işinə başlayıb.

Publika.az xəbər verir ki, AMEA-nın prezidenti, akademik Akif Əlizadə “Müasir dünyanın çağırışları və Azərbaycan elminin prioritetləri” mövzusunda məruzə ilə çıxış edib.

A.Əlizadə müxtəlif ölkələrdə yaşayan azərbaycanlı alimlərin də bu qurultayda iştirak etdiklərini qeyd edib: “Bu alimlərin nüfuzlu araşdırmalar mərkəzində çalışmaları ümid verir ki, Azərbaycanın elmi diasporu bizim çiynimizə düşən yükün bir hissəsini öz üzərinə götürəcək və gənc kadrların hazırlanmasına inamla qatılacaq. İstedadlı, kreativ, parlaq zəkaya malik şəxsiyyət olmadığı yerdə nə elmi məktəbdən, nə elmi mərkəzdən, nə elmin inkişafından danışmaq mümkün deyil”.

Akademik, 2015-ci ildə Elmlər Akademiyasının 70 illiyinin qeyd olunacağını deyib: “Azərbaycan elminin tarixi heç də 70 illə məhdudlaşmır. Elmimizin tarixi çox qədimdir və bir çox sahələrdə Azərbaycan alimləri öz sözlərini deməyə həmişə qadir olublar. Ancaq bu gün akademik elmi ən böyük problemlərlə üz-üzə qalıb. Bunlardan biri də elmin sürətlə qocalması və gənc, yüksək ixtisaslı kadrların qıtlığıdır. Bizə lazım olan mütəxəssisi biz artıq orta məktəb səviyyəsində itiririk, çünki gənclərin böyük qismi peşə seçimi problemi ilə rastlaşanda heç də öz gələcəyini elmlə və elmi fəaliyyətlə bağlamır. Bu problemlərin həlli üçün biz gərək səylərimizi birləşdirərək ümumi strategiyanın formalaşmasına nail olmalı və üzümüzü orta məktəbə tutmalıyıq. Orta məktəblər də islahat prosesində olduğu üçün müəllimləri bəlkə də başa düşürlər ki, bu informasiya məkanında uşaqları düzgün təhsilləndirmək lazımdır. Bunu üçün ilk növbədə onlara hansısa biliklər toplusunun yox, həyat boyu maariflənmək və təhsilinin səviyyəsini artırmaq qabiliyyətini aşılamaq lazımdır”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm