Alimlər prezidentə müraciət etdi
Bizi izləyin

Qırmızı.az

Alimlər prezidentə müraciət etdi

Azərbaycan alimlərinin I Qurultayının iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib.

Publik.az-ın məlumatına görə, alimlərin I Qurultayının iştirakçılarının ölkə başçısına müraciətində bildirilir ki, bu gün dövlət səviyyəsində aparılan siyasətin nəticəsi olaraq müstəqil Azərbaycanın optimal inkişaf modeli dünyanın müasir tendensiyalarına uyğun proqnozlaşdırıldığı kimi, Azərbaycanda elmi tədqiqatların prioritetləri də ölkənin mühüm sosial-iqtisadi və ictimai-mədəni problemlərinin həllinə yönəldilməlidir. Bu işin öhdəsindən uğurla gəlmək üçün Azərbaycan elmi potensialının avanqard hissəsi olan alimlər Sizin tərəfinizdən irəli sürülmüş “Regionun iqtisadi və siyasi mərkəzi olan Azərbaycan bölgənin elm mərkəzinə də çevrilməlidir” çağırışını strateji hədəf olaraq götürmüş və “Azərbaycan 2020: gələcəyə baxış konsepsiyası”nda irəli sürülən ideyaları həyata keçirmək məqsədilə bütün qüvvələrini səfərbər ediblər.

“Sizi əmin edirik ki, bu prosesin uğurlu və milli maraqlara uyğun həyata keçirilməsi üçün aparılan dövlət siyasətinə böyük dəstək verəcək, ölkəmizdə biliklər iqtisadiyatı və vətəndaş cəmiyyətinin qurulması işində yaxından iştirak edəcək, Azərbaycanın elmi potensialının dünyanın qabaqcıl elm mərkəzlərinin təcrübəsinə uyğun qurulması işində səylərimizi daha da gücləndirəcəyik”.

Həmçinin qurultay iştirakçıları Bəyannamə də qəbul edib.

Bəyannamədə deyilir:

"Müasir dövrün tələbləri səviyyəsində intellektual insan resurslarının formalaşdırılmasına nail olmaq üçün elm və təhsilin vahid sosial institut kimi inkişafı son dərəcə aktualdır. Onların inteqrasiyası üzrə səmərəli tədbirlərin həyata keçirilməsində səyləri birləşdirməyə çağırırıq”.

Bəyannamədə həmçinin elmin maddi-texniki bazasının gücləndirilməsi, alimlərin sosial vəziyyətinin yaxşılaşdırılması və elmin maliyyələşməsi ilə bağlı müvafiq tədbirlərin bundan sonra da davam etdirilməsinin zəruriliyini qeyd edilir.

Alimlərin bəyannaməsində elmi fəaliyyət sahəsində normativ-hüquqi bazanın gücləndirilməsi zərurətini qeyd edilərək “Elm haqqında” qanunun qəbulu, həmçinin digər normativ-hüquqi sənədlərin hazırlanması zərurəti diqqətə çatdırılıb.

Fundamental elmi araşdırmalarda multidissiplinar yanaşmanın prioritet fəaliyyət istiqaməti olaraq qəbul edilməsi, elmi metodologiya məsələləri ilə bağlı araşdırmaların gücləndirilməsi, elmşünaslığın prioritet elm sahəsi kimi inkişafına hər cür dəstək verilməsi də məqsədəmüvafiq hesab edilib.

Elmin populyarlaşdırılması və elmi qurumların ictimaiyyətlə münasibətlərinin qurulması istiqamətində tədbirlərin daha da gücləndirilməsi də tövsiyə edilib.

Alimlər ictimai və humanitar elmlər sahəsində araşdırmaların daha da genişləndirilməsi istiqamətində fəaliyyətin gücləndirilməsini zəruri sayıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm