Akif Əlizadə: “Qanunvericilik bazası elmi fəaliyyət üçün əngəllər yaradır”
Bizi izləyin

Qırmızı.az

Akif Əlizadə: “Qanunvericilik bazası elmi fəaliyyət üçün əngəllər yaradır”

“Bugünkü təhsilimizdə yeni innovasiya tutumlu texnologiyalara ehtiyac duyulur. Lakin faktlar göstərir ki, şagirdlər arasında iqtisadi və humanitar elmlərə maraq artır, fizikaya, riyaziyyata və təbiət elmlərinə maraq gündən-günə azalır”.

Publika.az-ın məlumatına görə, bu sözləri AMEA prezidenti Akif Əlizadə Alimlərin birinci qurultayında səsləndirib.

Onun sözlərinə görə, orta məktəb - universitet - Elmlər Akademiyası öz fəaliyyətini elə qurmalıdır ki, gələcək alimi biz 7-8-ci sinifdə aşkar edib, onunla işləməyə başlayaq. Yalnız belə olan halda biz bugünkü mənfi tendensiyaları sındırıb yeni istedadlı nəslin elmə gəlməsini təmin edə bilərik.

Ellmin maliyyələşməsinə toxunan AMEA prezidenti aktiv işləyən elmi qrupların dəstəklənməsinə yönəlmiş qrant sisteminin təkmilləşdirilməli olduğunu deyib:

“Bu da gənc alimlərin formalaşmasına yönəldilməlidir. Biz həm tələbələrə, həm ilk elmi dərəcəni almaq üçün çalışan gənc alimlərə, həm də artıq elmi dərəcəsi olan gənc kadrlara müstəqil elmi araşdırmalar üçün imkanlar yaratmalıyıq. Bəzi hallarda Respublikanın qanunvericilik bazası elmi fəaliyyət üçün lazım olmayan əngəllər yaradır. Misal üçün, eksperimental işlərin aparılması hansı isə cihaz və avadanlıqların qısa zaman kəsiyində alınmasını tələb edir. Dövlət alqı-satqı sistemi və tender mexanizmlərinin mövcudluğu bizi bəzən gülünc vəziyyətə qoyur. Məncə, burda tamamilə başqa nəzarət mexanizmləri işlənib hazırlanmasıdır. Əks halda, effektiv elmi işdən söhbət belə gedə bilməz”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm