Bakı Beynəlxalq Avtovağzalda narkotik satarkən tutuldular
Bizi izləyin

Qırmızı.az

Bakı Beynəlxalq Avtovağzalda narkotik satarkən tutuldular

Bakı Beynəlxalq Avtovağzalın yaxınlığında külli miqdarda narkotik vasitənin alışı-verişinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsi Əməliyyat İdarəsinə İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilmiş narkotik vasitələrin ölkə ərazisində bir qrup şəxs tərəfindən realizə olunacağı barədə Biləsuvar Gömrük İdarəsi Gömrükhüquqpozmalarına qarşı mübarizə şöbəsindən əməliyyat məlumatı daxil olub.

Daxili İşlər Nazirliyi Baş Narkotiklərə Mübarizə İdarəsinin əməkdaşları ilə keçirilmiş birgə əməliyyat tədbiri zamanı Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında “Mercedes Benz E230” markalı minik avtomobilini idarə edən Məmmədov Nicat Elşən oğlu şərti alıcı qismində çıxış edən əməkdaşa sellofan torbada olan narkotik vasitələri təhvil verərkən saxlanılıb. Daha sonra əməliyyat tədbirləri davam etdirilib, cinayətkar qrupun digər üzvləri - Əhmədov Elşən Əhməd oğlu və Abdullayev Ramil İsgəndər oğlu yaxalanıb.

Müvafiq araşdırma aparıldıqdan sonra sellofan torbaya hal şahidlərinin iştirakı ilə baxış keçirilib və oradan şəffaf polietilenə bükülüb, yapışqanlı lentlə sarınmış şəkildə spesifik rəngə və qoxuya malik, ümumi çəkisi1 kiloqram 985 qram narkotik vasitə - tiryək və ümumi çəkisi 2 kiloqram 20 qram narkotik vasitə - həşiş qətranı aşkar edilib.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində zəruri istintaq tədbirləri davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm