• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Nazir universitetlərdəki elmi işlərdən narazılıq etdi

Nazir universitetlərdəki elmi işlərdən narazılıq etdi

“Bir çox universitetlərdə elmi işlər müasir tələblərə, beynəlxalq standartlara uyğun gəlmir. Elmlə istehsalat arasında əlaqə itmək üzrədir. Düşünürəm ki, elmin müasir prioritet istiqamət sahələri müəyyənləşdirilməlidir. Alimlərimiz təkcə ali təhsillə kifayətlənməyib, orta təhsildə də çalışmalıdır. Bu istiqamətdə təklifləri gözləyirik”.

Publika.az-ın məlumatına görə, bu sözləri təhsil naziri Mikayıl Cabbarov alimlərin qurultayında çıxışı zamanı deyib.

Nazir vurğulayıb ki, elm sahəsinin nüfuzunun artması üçün elmi tədqiqatların keyfiyyəti artırlamlıdır.

“Ali təhsil müəssisəsinin, institutların bazası gücləndirilməlidir. Xaricdə nəşr edilən məqalələrin sayının artırılmasına xüsusi diqqət yetirilməlidir. 2008-ci ildən bu günə qədər xarici jurnallarda dərc edilən məqalələrin sayı 3.5 dəfə artıb. Lakin bu sahədə vəziyyət ürəkaçan deyil”.

Bütün elmlərin bünövrəsinin təhsillə qoyulduğunu deyən nazir bildirib ki, təhsilsiz elm inkişaf etmədiyi kimi, elmsiz də təhsil ola bilməz.

“İnanırıq ki, “Azərbaycan 2020-Gələcəyə baxış”dövlət strategiyası təhsilin inkişafına, səmərəli təhsil, elmin maliyyələşməsinə imkan verəcək. Araşdırmalar göstərir ki, elmin yarıdan çoxu praktikada istifadə edilmir. Bu baxımdan, təhsil nazirliyinin tabeliyində olan məktəblərdən birinin AMEA-nın baza məktəbi olması müsbət addım hesab edilə bilər. Elmi potensialın qorunması qarşımızda duran əsas vəzifədir. Ölkədə fəaliyyət göstərən alimlərin yarıdan təhsil sahəsində çalışır. Yaranmış vəziyyəti nəzərə alaraq doktorantura təhsil sahəsində qanunvericiliyin yaradılması və təkmilləşdirilməsi, adambaşına maliyyələşmə üzərində böyük iş aparır. Yüksək intellektə malik gənclər xüsusi qayğı ilə əhatə edilməlidir. İnanırıq ki, SABAH qruplarının məzun olduğu gənclər Azərbaycan iqtisadiyyatına öz tövhələrini verəcək. Hazırda “2016-2020-ci illər dövlət Proqramı hazırlanır. İnanınırıq ki, bu proqram ali məktəb müəllimlərin ixtisasartırma, əcnəbi müəllimlərin tədrisə cəlb edilməsinə imkan yaradacaq”.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR