• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Lütfi Zadə: “Azərbaycan hər zaman mənim ürəyimdə olacaq”

Lütfi Zadə: “Azərbaycan hər zaman mənim ürəyimdə olacaq”

“Azərbaycanın yerləşdiyi regionun qeyri-stabil olmasına baxmayaraq, bu yerləşmə ona təsir etməyib. Savadlı, uzaqgörən rəhbərlik və təbii ehtiyatlar, xüsusən neft və qaz ölkənin inkişafına şərait yaradır, Azərbaycanın yeni təşəbbüslər həyata keçirməsinə imkan verir. Kosmosa çıxış, Avropa oyunları, Evrovision kimi yarışmalar Azərbaycanı dünyada tanıdır”.

Publika.az-ın məlumatına görə, bu sözləri dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə Azərbaycan Alimlərinin I Qurultayının iştirakçılarına onlayn müraciətində deyib.

“Bilirsiniz ki, mən Azərbaycanda anadan olmuşam. Xaricdə yaşasam da, Azərbaycan hər zaman mənim ürəyimdə olacaq. Azərbaycan çox şanslıdır ki, onun rəhbərliyində olan şəxslər çox bacarıqlıdır. Azərbaycan bir çox yeniliklər həyata keçirir. Azərbaycanın gələcəyi barədə optimistəm. İnanıram ki, ölkə rəhbərliyi elmin və İKT-nin inkişafı üçün əlindən gələni edəcək. Azərbaycan və Azərbaycan insanları hər zaman ürəyimdə olublar və olacaqlar”, - deyə alim vurğulayıb.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR