AMEA prezidentindən alimlərin evlə təminatı ilə bağlı şad xəbər
Bizi izləyin

Qırmızı.az

AMEA prezidentindən alimlərin evlə təminatı ilə bağlı şad xəbər

Bu gün Azərbaycan alimlərinin sosial müdafiəsi hamını düşündürən əsas problemlərdən biridir.

Publika.az xəbər verir ki, bunu AMEA-nın prezidenti Akif Əlizadə Alimlərin Birinci qurultayında söyləyib.

Onun fikrincə, ağır və şərəfli bir zəhmət olan elmi əməyin stimullaşdırılması zəruri məsələdir: “Son illər alimlərin əməkhaqlarının artırılması, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlət tərəfindən ardıcıl tədbirlər həyata keçirilir. Əminəm ki, bu sahədə tədbirlər bundan sonra da davam edəcəkdir. Lakin bir məsələni diqqətə çatdırmaq istəyirəm ki, sosial müdafiə məsələlərinin həlli üçün yalnız büdcədən artırmalara ümid etmək doğru deyil. İlk növbədə elmi fəaliyyət sahəsində baza maliyyənləşməsindən məqsədli elmi proqramların ünvanlı maliyyələşməsinə keçidlə bağlı ciddi addımlar atmaq lazımdır”.

A.Əlizadə qeyd edib ki, alimlərin mənzil təminatı məsələsi də olduqca vacibdir: “Bununla əlaqədar AMEA-nın elmi müəssisələrin istifadəsində olan torpaq sahələrinin qorunub saxlanılması və səmərəli istifadəsi istiqamətində son illər xeyli tədbirlər həyata keçirilir. Bizim əsas məqsədlərimizdən biri respublika rəhbərliyinin dəstəyi ilə həmin torpaq sahələrində Azərbaycan alimləri üçün "Alimlər şəhərciyi" – “Science City” yaşayış kompleksi yaratmaqdır. Ümid bəsləyirik ki, bir neçə ildən sonra mənzil problemlərinin həlli üçün lazımi tədbirlərin görülməsi nəticəsində alimlərimizi sevindirə biləcəyik”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm