“Qarabağ danışıqlarında uzun fasilə gözlənilir“
Bizi izləyin

Qırmızı.az

“Qarabağ danışıqlarında uzun fasilə gözlənilir“

Bu barədə Publika.Az-a açıqlamasında “Atlas” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.


Onun sözlərinə görə, bu 20 il ərzində onsuz da fəaliyyəti səmərə verməyən ATƏT-in Minsk Qrupu həmsədr dövlətlərdə olan seçkilər səbəbindən, hər hansı dəyişiklik təşəbbüsü ilə çıxış emtəyəcək.

"Həmişə belə olub ki, seçki olan illərdə heç bir irəliləyiş müşahidə olunmayıb. Əslində onsuz da bir irəliləyiş yox idi, yalnız müəyyən təkliflər müzakirə olunur. Lakin Ermənistan hazırda gündəmdə olan Madrid prinsipləri ilə də razılaşmaq istəmir. Düşünürəm ki, həmsədrlər Ermənistana təzyiq etmədən heç bir dəyişikliyə nail ola bilməyəcəklər. Tövsiyyələri də çox eşitmişik, görüşlər və danışıqlar da nəticə verməyib. Əgər 95 faiz məsələ razılaşdırılıbsa, 5 faiz razılaşdırılmayıbsa, deməli məsələ həll olunmayıb. Martın 24-də ATƏT-in Minsk Qrupunun 20 illiyi tamam olacaq, amma görünür ki, bu 20 ildə heç bir nəticə əldə olunmayıb”.

E.Şahinoğlu hesab edir ki, Rusiyada Putinin hakimiyyəti dövründə də Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində heç bir maraq göstərməyəcək: “Medvedyevin dövründə hansısa meyl hiss olunurdu, bir neçə dəfə prezidnetlərin görüşü təşkil olundu, lakin Putin nəsə edən olsa idi, 2000-2008-ci illərdə edərdi”.

Rüfət Əhmədzadə
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm