Xoşbəxt Yusifzadə Azərbaycanın neft ehtiyatlarını açıqladı
Bizi izləyin

Qırmızı.az

Xoşbəxt Yusifzadə Azərbaycanın neft ehtiyatlarını açıqladı

"Azərbaycanda olan yataqlarda balans və çıxarılan ehtiyatlar var. Balans ehtiyatı çıxarılanın 40%-ni təşkil edir. Bu vaxta qədər təxminən 1 milyard ton neft hasil etmişik, təxminən bir bu qədər də qurudakı yataqlarda neft ehtiyatımız var".

Publika.az xəbər verir ki, bu sözləri ARDNŞ-nin vitse-prezidenti Xoşbəxt Yusifzadə alimlərin birinci qurultayında çıxışı zamanı deyib.

Onun sözlərinə görə hazırda həmin nefti çıxarmaq mümkün deyil:

"Hazırda quru sahələrdə olan həmin yataqlardan nefti hasil etmək mümkün deyil. Çünki texnika və texnologya buna imkan vermir. İnanıram ki, AMEA-nın alimləri bu sahədə inkişafa şərait yaradacaq işlər görəcəklər".

Müasir texnologiyaların neft çıxarılışındakı tətbiqinə toxunan X.Yusifzadə bu sahədə yeni imkanlardan istifadə etdiklərini deyib:

“Nano texnologiyalarını tam başa düşməsək də, ondan istifadə etməliyik. Neft sənayesində də nano texnologiyasını yaxşı tətbiq edirik. Bu işləri daha da genişləndirməliyik. Bu yaxınlarda təsadüfən qaz-kondensat yataqları kəşf etdik. Bu yataqlar 6-7 min metr dərinlikdə yerləşir. Lakin neftin yığılması üçün şərait yoxdur. “Şahdəniz” qaz kondensat yatağında 1 trilyon kub metr qaz ehtiyatı, 240 milyon ton qaz-neft kondensatı var. Təmiz neft yataqlarının kəşfi mütləq lazımdır. Bunun üçün dənizdə imkan yoxdursa, quruya qayıtmalıyıq. Sovet dövründə bəzi yerlərdə yaxşı neft alınırdı. Amma bu gün sənaye miqyasında oradan neft almamışıq. Texnikanın inkişafı ilə bu məsələlərə özümüz fikir verməliyik”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm