Ata sevgilisinə təcavüz edən oğlunu öldürdü
Bizi izləyin

Qırmızı.az

Ata sevgilisinə təcavüz edən oğlunu öldürdü

Ata oğlunu qətlə yetirib. Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul Kiçikçekmece mahalında Enver Avcı adlı şəxs uzun müddət bir yerdə yaşadığı sevgilisini şantaj edən, daha sonra onu zorlayan 26 yaşlı oğlu Doğan Avcını öldürüb.

Hadisədən sonra Batman vilayətinə qaçan ata 5 gün sonra polisə telefon açıb və «Oğlumu öldürdüm. Təslim olmaq istəyirəm» deyib. Bundan sonra o, oğlunun kirayədə yaşadığı mənzilin sahibinə də zəng edib. Enver Avcı oğlunun cəsədinin evdə olduğunu bildirib.

Polis əməkdaşları Doğan Avcının yaşadığı mənzilə gəldikdə onun cəsədinin çürüməkdə olduğunu görüblər. Yaxalandıqdan sonra Enver Avcı «Bərabər yaşadığım qadınla oğlumun evinə gəldik. Orda qalmağa başladıq. Mənim evdə olmadığım vaxt oğlum sevgilimi şantaj etməyə başlayıb. Sonra isə ona təcavüz edib. Sevgilim bunu mənə danışdıqda ağlım başımdan çıxdı. Sərt bir əşya ilə oğlumun başına vurmağa başladım. Həmin vaxt o yatırdı. Elə yatdığı vaxt onu qətlə yetirdim. Sonra da evi tərk etdik» deyə polisə ifadə verib.

Vazeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm