• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Doğrudanmı, biz kişilər bu qədər əclafıq?

Doğrudanmı, biz kişilər bu qədər əclafıq?

Feminist fikirlər çoxdu, xanım yazıçı, az qala, gözünü yumub, ağzını açıb, döşəyib kişilərin qabırğasına o ki var. Adam oxuyanda kişi olduğuna utanır - əcəba, doğurdanmı, biz kişilər bu qədər əclafıq. Yəni bizi cənnətdən məhrum etmiş qadının hirsi hələ də soyumayıbmı? Nədənsə, hər bir qadının içində Həvva hikkəsi var – günahkar olduğunu bilir, ancaq bu günahı ört-basdır etməkdən ötrü bəhanə axtarır. Fransuaza Saqan da həmçinin.


Deyəsən, bunlar bizi cənnətdən qovdurduqları kimi, dünyadan da qovdurmaq istəyirlər. İlahi mətnlərə ianasaq, Tanrının kişiyə, yox, arvada acığı tutub, deməli, bizim əbədi bəxdbəxtliyimizin səbəbi zənənlərdir, hələ utanmaz-utanmaz bütün günü deyinib bizi günahlandırırlar. Həvva bacı cənnətdə qadağan olunmuş – Tarı kişi öz diliylə tapşırmışdı ki, o meyvəni yeməyin – meyvəni yeməsəydi, gör indi cənnətdə nə kefdə idik.
Qadın Tanrının sözündən çıxıb, biz nəkarəyik ki!

Deməli, təsəvvür edək ki, cənnətdəyik... bəh-bəh... iş yox, güc yox, bütün günü inək kimi ağacların kölgəsində uzanıb gövşəyirik, quyruğumuzu sağa-sola yelləyib milçəklərimizi qovuruq. Hərəmizin də yanında bir dənə yarıçılpaq Həvva, övladlarımızı - Qabilnən, Habili də cəhənnəmə araq dalınca göndərmişik.
Bundan gözəl Novruz bayramı olar?

Sözün açığı, mən insan məxluqunun cənnətdə cəmi iki nəfər olmasına inanmıram; oxuduqlarımdan gəldiyim nəticə budur ki, orda üç nəfər olub; ya iki Həvva bir Adəm, ya da iki Adəm bir Həvva. Çünki insan – istər qadın olsun, istərsə də kişi – bu dünyadakı xoşbəxtlikdən doya bilmir, cənnətdən necə imtina etsin. Məncə, bu alma söhbəti deyil.

Dünyada Həvvadan sonra ən çox beynəlxalq qadın olan iki zənən var; birincisi, sözsüz ki, Tanrıyla yatıb İsa peyğənbəri dünyaya gətirən Məryəm anadır, ikincisi, Mono-Liza adlı zənən xeylağıdır, şəklini dəftər-kitabda, televizorda tez-tez göstərirlər: Həvva ilə Məryəmin məsələsi aydındır, Mono-Lizanın sirri isə guya, hələ də açılmayıb. Niyə açılmayıb, bəlkə, açmaq istəməyiblər, bəlkə, heç onun sirri-zadı yoxdur? Arvad xeylağının nə sirri ola bilər axı, ərinə xəyanətdən başqa? Liza bacı da şəkildən göründüyü kimi, ərdə olana, yəni həbsxana jarqonu ilə desək, yatıb çıxana oxşamır, düzdü, yaşı ötüb; belələrini biz tərəflərdə dul qalmış, qulağı ağır eşidən, oturanda dura, duranda otura bilməyən qocalara alırlar ki, çiməndən-çimənə damda-daşda başına tayqulpla su tökməyə bir adam olsun.

Ancaq şəkli altdan-üstdən, daldan-qabaqdan tədqiq edən alimlər qrupu belə fikir yürüdürlər: Mono-Liza şəkildə hamilədir. Aha! Əllərini də ona görə göbəyinin üstündə çarpazlayıb ki, böyüməkdə olan qarnını tamaşaçılardan gizləsin. Sual yaranır; Liza xanım şəkilçəkən kişiyə - Leonardo bəyə - deyə bilməzdimi ki, böyüməkdə olan nahiyədən yuxarı hissəni fırçaya alsın? Bəlkə də, deyib, Leonardo qulaqardına vurub, yaradıcı adamlarda qadınlara qarşı bu cür yaramazlıqlar olur hərdən.

Hər halda, reallıq göz önündədir; şəkildəki zənən hamilədir. Bəlkə, bu, xristian inancına görə, Allahdan uşağa qalan zavallı Məryəmin şəklidir? İnkivizitorun tonqalıdan qorxan Leo onun adını Liza qoyub. Məryəmdirsə onun nə sirri ola bilər. Xristianlar onlara peyğəmbər doğmuş zavallı qadında açılmamış bir şey qoyublarmı bəyəm? Bu qadının dülgər Yusiflə, az qala, pornogörüntülərini çəkib yayıblar dünyaya – gah samanlıqda, gah xırmanda, buğda əmbizinin içində, gah da gəndalaşlıqda dülgər Yusif görüntülərdə İsa peyğəmbərin anasını o üzdən bu üzə çevirir, bu üzdən o üzə aşırır.
Başqa bir alim dəstəsi isə sübut etməyə çalışır ki, Liza nə qadındır, nə də hamılədir, o, əməlli-başlı kişidir, daha doğrusu, Şota Rustavellinin təhrif olunmuş sözləriylə desək, arvad dərisi geyinmiş kişidir, bir növ, “Avropa” hotelinin həndəvərinə yığılan kişi qırıqlarının biridir. Saçı, döşü özünün deyil, geydirmədir, qondarmadır. Hətta guya, bu elə Leonardonun öz şəklidir, guya, Leo özü bir az ənliyə-kirşana meyilli imiş. Babalı deyənlərin boynuna.

Bu yaxınlarda şəkilə yenə bir xeyli baxdım. Nəsə bu dəfə Liza mənə çox suyuşirin göründü. Hə, yadımdan çıxmamış onu da deyim ki, alayı bir alimlər qrupu var ki, bu zənənəbənzərin sirrini onun müəmmalı təbəssümündə axtarır. Guya, Mono xanımın rəsmdəki təbəssümünü dünyada heç bir qadın bu rəsmdəki kimi sir-sifətində ifadə edə bilməz.
Nəsə, başım ağrıdı, qadın hara beynəlxalq olmaq hara?

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR