8 martda doğulan kişilər
Bizi izləyin

Qırmızı.az

8 martda doğulan kişilər

Solun və qadının bayramı


İldə bir dəfə qadınlarımızın zərif varlıqlar olmasını xatırladan bayram varsa, bu, 8 Mart - Beynəlxalq Qadınlar Günüdür. Bu gün hər şey qadınların ətrafında dolanır. Kişilərin çoxu bu bayramı sevməsələr də, qeyd etməyə məcburdurlar. Çünki Klara Setkinin başlatdığı hərəkatın ardınca 8 Mart qadınlar bayramı kimi qeyd olunmağa başladı.

Bu gün iş günü hesab edilmir. Küçələrdə əlində güllər, hədiyyələrlə evə tələsən kişilər, sevdiyi qıza hədiyyə vermək həyacanını yaşayan oğlanlar, şıdırğı alver edən satıcıların gülər üzü...Amma biz bu bayram günündə qadınlardan deyil, məhz 8 Martda doğulan kişilərdən danışacağıq, bacardığımız qədər onları sizə tanıdacağıq...


Qadınlara hədiyyə kimi doğulmuş Andrey Mironov

Rusiya kinosunun unudulmaz aktyoru Andrey Mironov 1948-ci il martın 8-də dünyaya gəlib. Əslində Andrey Mironov 7 mart tarixində anadan olubmuş, amma valideynləri doğum tarixini 8 mart yazdırıblar. Sonralar hamı "Andrey - 8 mart üçün qadınlara bir hədiyyədir” deyirdi.


Solçu qadınlara hədiyyə - Məmməd Süleymanov


8 martda doğulan digər məşhur pesona solçu yazar Məmməd Süleymanovdur. Onun bu il 42 yaşı tamam olur: “Mənim üçün bu günün özəlliyi odur ki, mən həmin gün ad günümü keçirirəm, qadınlar bayramını qeyd eləmirəm. Yəni mən udmuş oluram. Əslində, mən martın 7-də, gecə saat 11-də , yəni 8 Marta bir saat qalmış doğulmuşam”.

M.Süleymanov deyir ki, cavanlıqda xanımını Beynəlxalq Qadınlar Günündə təbrik edib. Amma indi bu təbrik “ixitsar”a düşüb: “ Amma indi təbrik etmirəm. Bu illər ərzində ən yaddaqalan hədiyyə dostum Şahin Əbiyevin hədiyyəsidir. Hardasa 10 il bundan əvvəl dostum dedi ki, gedək sən özün istədiyin kitabı seç, sənə hədiyyə edim. Hədiyyəmi özüm seçdiyimə görə, yadımda qaldı. Tibb ensiklopediyası və daha bir neçə kitab sahibi oldum. Xanımıma gəldikdə, o, həmişə mənə sürpriz hədiyyələr edir”.

Yazıçı öz xanımını ilin hansı günündə təbrik edir? Onun cavabı: “Təbii ki yeni il, Novruz bayramı müəyyən qədər, sevgililər günü həyat yoldaşımı təbrik edirdim. Açığı, mən heç vaxt hədiyyə verməmişəm. Bəlkə də belə bir şey olub, amma bu minillikdə yox”.

M.Süleymanov “8 martda doğulduğunuza görə özünüzü xanımınıza hədiyyə hesab edirsinizmi?” sualına həyat yoldaşının cavab verə biləcəyini deməklə kifayətləndi. Kifayət Haqverdiyeva isə prinsipial olaraq həyat yoldaşının ad gününü 7 martda qeyd olunduğunu deyir: “ Çünki 8 Mart qadınların bayramıdır. Mən heç vaxt nə Məmməddən, nə də başqa bir kəsdən hədiyyə gözləməmişəm…”.


Xanımına hədiyyə - Kamran Kazımov


“Adətən ad günümü təntənəli qeyd edirəm. Çünki 8 mart həm qadınların bayramıdır, həm də ki, öz ad günümdür. Özümü qadınlara bir hədiyyə kimi bilirəm. Mütləq öz xanımıma, qohum əqrabalarıma, işçilərimə, bütün tanıdığım qadınlara hədiyyə verməyə çalışıram”.

Bu sozləri də 8 martda doğulan kişi deyir. Lənkəran Dövlət Universitetinin “Humanitar və Pedaqoji Elmlər” kafedrasının dekanı Kamran Kazımov…

Publika.Az olaraq Beynəlxalq Qadınlar Günündə məhz bu gün doğulan kişilərin fikirlərini öyrənmək istədik: “ 51 yaşım tamam olur. Bu günə kimi mənə verilən bütün hədiyyələr yaddaqalandır. Amma ötən il 50 illik yubileyimə iş yoldaşım portretimi çəkib hədiyyə etmişdi, indi də evdə qalır. Bax, həmin portret bişirilmir, yeyilmir, evdə qalır”.
K.Kamran deyir ki, ad gününə heç kəsi çağırmıram: “ Mənim yaxın dostlarım həmin günü özləri yığışırlar. Və biz ad günümü qeyd edirik. Amma mən təbii ki, hər il o işi görürəm. Mən ümumiyyətlə xanımıma hədiyyə olmuşam”.


8 Martda doğulan kişilər

İnternetdə kiçik bir araşdırma apararaq 8 Martda doğulanların siyahısı hazırladıq:
1911 - Xalq artisti Ağadadaş Qurbanov (1911-1965)
1920-ci ildə Yazıçı, kinossenarist Həsən Seyidbəyli
1919-cu ildə tanınmış xanəndə Məmmədəli Əliyev
1934 - Xalq artisti, tar ifaçışı Ceyran Haşımova
1955 - Şair, yazıçı İsgəndər Coşğun
1902-Q aradərili Amerika aktyoru Louise Beavers
1945-20 yüzilliyin sonlarında yeni sənət cərəyanının öndə gedən adlarından biri olan Alman rəssam Anselm Kiefer


Tarix

8 martın beynəlxalq qadınlar günü kimi qeyd olunması tarixi inqilabçı Klara Setkinin adı ilə bağlıdır Klara 5 iyul 1857-ci ildə Almaniyada, Viderau — Saksoniya vilayətində anadan olub 1910-cu il Kopenhagendə keçirilən beynəlxalq sosialist qadınlar konfransında Klara Setkin, 8 martın beynəlxalq qadınlar günü kimi qeyd olunması təklifi ilə çıxış etdi.

Məhz bu tarixin seçilməsi təsadüfi olmayıb. Belə ki, 1857-ci ilin bu günü Nyu-Yorkda tikiş və ayaqqabı fabrikinin qadın işçiləri nümayişə çıxdılar. Onlar 10 saatlıq iş günü, işıqlı və quru iş yeri, kişilərlə eyni maaş tələb edirdilər. O zaman qadınlar sutkada 16 saat işləyir, bunun müqabilində qəpik-quruş alırdılar. Kişilər qəti çıxışlardan sonra 10 saatlıq iş gününə nail oldular. ABŞ-ın bir çox müəssisələrində «həmkarlar ittifaqı» təşkilatı yarandı. 1857-ci il 8 mart tarixindən sonra ilk dəfə olaraq qadın üzvlərdən ibarət yeni «həmkarlar ittifaqı» təşkilatı yarandı. Həmin gün Nyu-Yorkun bir çox şəhərlərində yüzlərlə qadın nümayişə çıxaraq «seçki» hüququnu tələb edirdilər.

1911-ci il 19 mart tarixində bu bayram Avstriya, Danimarka, Almaniya və İsveçrədə qeyd olundu. O zaman milyondan artıq kişi və qadın nümayişlərdə iştirak etdilər. «Seçmə və rəhbər vəzifələri tutma hüququ»ndan başqa qadınlar kişilərlə bərabər, eyni işləri icraetmə hüququnu da tələb edirdilər.

Rusiyada ilk Beynəlxalq Qadınlar Günü 1913-cü ildə Peterburqda qeyd olundu.

Növbəti il Avropada 8 mart ərəfəsində qadınlar müharibəyə qarşı etiraz marşları ilə çıxış etdilər.

1917-ci ildə rusiyalı qadınlar "Çörək və Sülh" şüarı ilə küçələrə çıxdılar. 4 gün sonra II Nikolay taxtdan düşdü. Müvəqqəti hökumət qadınlara seçmə hüququnu zəmanət etdi. Bu hadisə 8 mart tarixinə təsadüf etdi.

Azərbaycanda bu bayram 1917-ci ildən qeyd olunur.

Nailə Rövşənqızı
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm