Akif Nağıdan sərt reaksiya: "... Rəzalətdir!"
Bizi izləyin

Qırmızı.az

Akif Nağıdan sərt reaksiya: "... Rəzalətdir!"

Qarabağ Azadlıq Təşkilatının (QAT) mətbuat xidmətindən Publika.Az-a verilən məlumata görə, Akif Nağı bu məsələ ilə əlaqədar bu şəxslərə və hüquq-mühafizə orqanlarına açıq məktub ünvanlayıb.


Açıq məktubda deyilir: “Bu şəxsləri torpaqlarımızın işğal altında olması, ermənilərin törətdikləri vəhşiliklər, 20-ci ildönümünü bir neçə gün əvvəl bütün dünyanın yad etdiyi Xocalı soyqırımı, Qaradağlı, Meşəli, Ağdaban qətliamları qətiyyən narahat etmir, 2 gün əvvəl cəbhə bölgəsində qətlə yetirilən 2 əsgərimizin, ağır yaralanan, ayağını itirən digər əsgərimizin də faciəsi onlar üçün heç nə demək deyil. Erməni quldurları ilə oturub söhbət etdikləri vaxt cəbhə xəttində azərbaycanlı əsgərlər qətlə yetirilir, bunlar isə heç nə olmamış kimi “növbətçi təbəssümlə” söhbətlərini davam etdirir, necə tolerant olduqlarını göstərməyə çalışırlar”.

A.Nağı vurğulayıb ki, hüquq-mühafizə orqanları bu adamların hər biri ilə bağlı ciddi araşdırmalar aparmalı, onları nəzarətdə saxlamalı, bu səfərlərin kimlər, hansı mərkəzlər tərəfindən maliyyələşdirilməsini aydınlaşdırmalıdır.

“Bu səfərlərə dövlət səviyyəsində bir dəfəlik qadağa qoyulmalıdır. Əks halda, bu məsələ ilə vətənpərvərlər özləri məşğul olacaq və bu şəxslərin cəzasız qalmaması üçün əllərindən gələni edəcəklər”.

Rüfət Əhmədzadə

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm