İcra başçıları "Eurovision" adıyla pul yığır?
Bizi izləyin

Qırmızı.az

İcra başçıları "Eurovision" adıyla pul yığır?

Bəzi KİV-lər də bu şayiələri tirajlamaqda alət olublar. Belə məlumatlardan birində göstərilir ki, guya Azərbaycanda müsabiqənin xərclərini qarşılamaq üçün sahibkarlardan pul yığılır. Bakının Səbayel, Yasamal, Binəqədi, Nəsimi, Nizami rayonlarında sahibkarların qeyri-qanuni olaraq “Eurovision” “xəracı” ödənməyə məcbur edilmələri bildirilir.

“Azadinform” məsələ ilə bağlı adları çəkilən rayonların icra hakimiyyətləri ilə əlaqə saxlayaraq mövqe öyrənib. İcra hakimiyyətlərindən verilən cavablarda bildirilir ki, sahibkarların bu müsabiqənin təşkilatçılığına hər hansı qarışacağı yoxdur. Bunun üçün dövlət tərəfindən vəsaitlər ayrılıb, işlər görülür. Bu cür yalan məlumatların ötürülməsi onu göstərir ki, “Eurovision”dakı qələbəmiz, ölkəmizin bu müsabiqəni möhtəşəm təşkil edəcəyini sübut edən faktlar kimlərisə narahat edib: “Ümumi sözlərdən ibarət olan bu yazılarda göstərilənlər yalandır, heç bir əsası yoxdur, kimlərinsə maraqlarının məhsuludur. Hesab edirik ki, bu yazılar bu möhtəşəm tədbirin keçirilməsinə son dərəcə diqqət və məsuliyyətlə hazırlaşan strukturların fəaliyyətinə kölgə salmağa yönəlmiş cəhddən savayı başqa bir şey deyil”.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm