"Gündəlik Teleqraf" qəzeti nəşrə başladı
Bizi izləyin

Qırmızı.az

"Gündəlik Teleqraf" qəzeti nəşrə başladı

Bu gün “Gündəlik Teleqraf” qəzetinin ilk nəşri işiq üzü görüb.

Publika.Az-ın verdiyi xəbərə görə, tanınmış jurnalistlərin və köşə yazarlarının cəlb olunduğu gündəlik nəşrin rəhbəri Aynur Camalqızıdır.

Qəzetin bugünsayının manşet xəbəri “İstanbul aksiyasının maliyyə dəstəkçisi” adlanır. Xəbərdə İstanbulda Xocalı Soyqırımına həsr olunmuş mötəbər aksiyanın bütün maliyyə xərclərini kimin ödədiyi haqında məlumat verilir.

Qəzetdə məşhur yazar Əli Əkbərin “Matəm ölüləri”, Vahid Abbasın “Möhtəşəm iyirmi il”, Murad Köhnəqalanın Metroda gəzən şair” köşə yazıları dərc olunub. Ə. Əkbər köşə yazısında azərbaycanlılar və ermənilər arasındaki maraqlı bənzərliklərdən bəhs edib.

“Möhtəşəm iyirmi il” köşə yazısı ilə V. Abbas Xocalı Soyqırımını bu il böyük miqyasada qeyd olunmasının səbəblərini göstərib. M. Köhnəqala isə şairlərin metrodaki fəaliyyətindən yazıb.

Qəzetin növbəti sayrlarında digər məşhur köşə yazarlarının yazılarını, habelə maraqlı araşdırma və müsahibələri oxumaq mümkün olacaq.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm