Qırmızı.az
Əli Əhmədov: “Bu qərar Türkiyə və Azərbaycan diplomatiyasının qələbəsidir”
“Fransa Senatının qəbul etdiyi uydurma “erməni soyqırımı”nın inkarına görə məsuliyyət müəyyən edən qanunun Konstitusiya Şurası tərəfindən ləğv edilməsi hər şeydən əvvəl prezident kimi Nikola Sarkozinin, eləcə də onu bu işə təhrik edən erməni diasporunun və bütövlükdə erməni təbliğatının çox böyük məğlubiyyətidir. Digər tərəfdən, xüsusi vurğulanmalıdır ki, bu hadisə Türkiyə və Azərbaycan diplomatiyasının əhəmiyyətli bir qələbəsidir”.
Publika.Az-ın Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına
istinadən verdiyi məlumata görə, bu fikirləri YAP sədrinin müavini
- icra katibi Əli Əhmədov deyib.
Onun fikrincə, bu qərarla Fransa cəmiyyəti qarşıdan gələn prezident
seçkilərində namizədliyini irəli sürmüş N. Sarkoziyə öz
münasibətini ifadə edib. Ə. Əhmədov bildirib ki, bu hadisə
prezident seçkilərində N. Sarkozinin namizəd kimi seçicilərin ciddi
dəstəyini əldə etmək imkanında olmadığından xəbər verir: “Digər
tərəfdən, Konstitusiya Şurası belə bir qərar qəbul etməklə
Fransanın demokratik ənənələrini və dəyərlərini ciddi zərbələrdən
xilas etmiş oldu. Fransanın böyük, dərin, zəngin demokratik
ənənələri var və bu cür sərsəm qanunu qəbul etməklə, əslində Nikola
Sarkozi və onun tərəfdarları Fransanın demokratik imicinin üzərinə
böyük bir kölgə salmışdılar. Konstitusiya Şurası isə Fransanın
demokratik imicini qoruyub saxlaya bildi. Bu onu göstərir ki,
Fransada heç də hamı Sarkozi və onu dəstəkləyən insanlar kimi
düşünmürlər. Fransada daha demokratik təfəkkürlü insanlar çoxluq
təşkil edir və onlar heç bir halda razı olmaq istəmirlər ki, Fransa
kimi demokratik ənənələri olan ölkədə insanların sərbəst surətdə öz
fikirlərini ifadə etməsinə hər hansı məhdudiyyət qoyulsun”.
Publika.Az
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI