“İlk insan Adəmlə görüşmək istəməzdim“ - “BEŞMƏRTƏBƏ...“
Bizi izləyin

Qırmızı.az

“İlk insan Adəmlə görüşmək istəməzdim“ - “BEŞMƏRTƏBƏ...“

Publika.Az oxucularına "BEŞMƏRTƏBƏ" adlı layihəsini təqdim edir. Hər dəfə layihə iştirakçısı 5 suala 5 versiyada cavab verəcək. Şərtə görə, cavabda hə və ya yox variantlarından biri seçilməli, üstəlik, ona mütləq bir cümələlik izah əlavə olunmalıdır.

Layihənin ilk qonağı şairə Səhər Əhməddir.


DƏYİŞMƏK İSTƏRDİNİZMİ?


1.İllərin sürətini...

- Hə. İllər çox tələsir.

2. Çevrənizi...

- Hə. Hərdən istəyirəm.

3. Adınızı...

- Yox. Adımı xoşlayıram.

4.Yaşınızı

- Yox. Hər yaşın öz gözəlliyi var.

5. Bədəninizi

- Yox. Bu bədən mənə yaxşı dözür.


GÖRÜŞMƏYİ ARZULARDINIZMI?


1. Yadplanetlilərlə...

- Hə. Hərdən maraq güc gəlir.

2. İlk sevginizlə (ilk sevdiyinizlə)...

- Yox. Mənasız bir görüş olardı.

3. Məhəmməd Füzuli ilə...

- Hə. Onunla məmuniyyətlə söhbətləşərdim.

4. Vanqa nənə ilə...

- Yox. Həyatı öncə görmədən yaşamaq daha maraqlıdı.

5. İlk insan olan Adəmlə...

- Yox. Ona deməyə sözüm yoxdu.


DARIXIRSIZMI?


1. Uşaqlığınız üçün...

- Hə. Həm də çox darıxıram.

2. Uzaq bir yer üçün...

- Hə. Tez-tez harasa çıxıb getmək istəyirəm.

3. Dünyasını dəyişmiş kimsədən ötrü...

- Hə. Atamdan ötrü darıxıram.

4. Gələcəyi gözləməkdən...

- Hə. Hərdən bu da olur.

5. Bəzən izahsız...

- Hə. İzahsız da darixdığım olur, daha doğrusu, səbəbsiz.


OXUYA BİLİRSİZMİ?


1. Hər gün kitab...

- Yox. Bəzən bir həftə əlimə kitab götürmək imkanım olmur.

2. Hər səhər qəzet...

- Yox. Bir il olar yadırğamışam.

3. Elektron mətn...

- Hə. Çox oxuyuram.

4.Mahnı...

- Hə. Kefim kök olanda oxuyuram.

5.İnsanları üzündən...

- Hə. Bu ən maraqlı mütaliə növüdü.



İNANIRSIZMI?


1. Sevdiyinizə yüz faiz...

- Yox. Bir vaxtlar inanardım.

2. Bəşəriyyətin xoşbəxt gələcəyinə...

- Yox. Pessimist olmasam, inanardım.

3. Allaha...

- Hə. Amma hərdən şübhələrim də yaranır.

4. İlk dəfə rastlaşdığınız adamın vədlərinə...

- Yox. O qədər də sadəlövh deyiləm.

5.“Siz hamıdan yaxşı adamsınız” sözünə...

- Yox. Hamıdan yaxşı olmaq mümkün deyil.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm