Qırmızı.az
Bilik Fondu Şəmkirdə görüşlər keçirdi
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və Fondun əməkdaşları Şəmkir rayonunda yerli əhali ilə görüşüblər.
Publika.az-ın məlumatına görə, Şəmkir şəhər Əhməd Cavad adına 4 nömrəli məktəbdə təşkil olunan tədbirdə Milli Məclisin deputatı, Bilik Fondunun Himayəçilik Şurasının üzvü Sahibə Qafarova, Heydər Əliyev Mərkəzinin müdiri Məleykə Əlizadə, şagirdlər və məktəbin müəllim kollektivi iştirak edib. Ölkə prezidentinin sərəncamı ilə “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olduğuna görə məktəbin kollektivini təbrik edən O.Səmədov əhalinin maarifləndirilməsində təhsil ocaqlarının rolunu xüsusi vurğulayıb. Məktəbin direktoru Səfər Məmmədov təhsil işçilərinin zəhmətinə verilən dəyərə görə ölkə başçısına minnətdarlığını bildirib, Bilik Fondunun yaradılmasını da prezidentin cəmiyyətin maariflənməsinə töhfəsi kimi dəyərləndirib.
Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə mərkəzin müdiri Məleykə Əlizadə Fondun fəaliyyətini yaxından izlədiyini bildirib və birlikdə olduqca səmərəli layihələr həyata keçiriləcəyinə əminliyini ifadə edib.
Millət vəkili S.Qafarova biliklərin artırılması, azərbaycançılıq məfkurəsi zəminində milli-mənəvi dəyərlərin təbliği, dövlətin daxili və xarici siyasətinin mahiyyətinin ictimaiyyətə çatdırılması işinə bölgə ziyalılarının cəlb olunmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bu sahədə Bilik Fondu ilə yerli qurumların əməkdaşlığı müsbət nəticələr verəcək.
Bilik Fondunun icraçı direktoru O.Səmədov Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov ilə görüşüb. Ölkə rəhbərliyinin regionlara diqqətinin ildən-ilə artdığını deyən icra başçısı A.Məmmədov Fondun fəaliyyəti üçün Şəmkir rayonunda hər bir şərait yaradılacağını vurğulayıb. Son illər Şəmkirin sürətlə inkişaf etdiyini nəzərə çatdıran O.Səmədov yerli ictimaiyyətlə yüksək səviyyədə təşkil olunan görüşlərə görə icra başçısına təşəkkürünü bildirib.
Bilik Fondu rayonlarda görüşlərini davam etdirir.
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin