Deputat Jalə Əliyevanın anası şairə Nurəngiz Gün vəfat edib
Bizi izləyin

Qırmızı.az

Deputat Jalə Əliyevanın anası şairə Nurəngiz Gün vəfat edib

Deputat Jalə Əliyevanın anası, tanınmış şairə Nurəngiz Gün dünyasını dəyişib. Publika.az-ın məlumatına görə, bu barədə Modern.az-a deputatın yaxınları bildiriblər.

Millət vəkilinin anası bu gün səhər saatlarında vəfat edib.

Məlumata görə, dəfn mərasimi sabah baş tutacaq.

Nurəngiz Gün 1938-ci ildə Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1 saylı Bakı Tibb Məktəbində, sonra isə ADİU-da təhsilini davam etdirib. Oxucularla ilk görüşə "Ulduz" jurnalında dərc edilən "Tanrı" (1981) povesti ilə gəlib.

Allah rəhmət eləsin!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm