Gecə klubu atəşə tutuldu: 1 ölü, 2 yaralı
Bizi izləyin

Qırmızı.az

Gecə klubu atəşə tutuldu: 1 ölü, 2 yaralı

Bu gün səhər saatlarında Türkiyədəki gecə klublarından biri güllə yağışına tutulub.

Publika.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, hadisə səhər saat 6-da Nişantaşı Rumeli prospektində yerləşən gecə klubunun giriş qapısında meydana gəlib.

Şahidlərin sözlərinə görə, gecə klubunun girişinə yaxınlaşan lüks avtomobilin içərisindəki şəxslər qəfil atəş açmağa başlayıblar. Gecə klubunun təhlükəsizlik xidməti hücum edən şəxslərə qarşılıq verib. Basqınçılar avtomobillə hadisə yerindən uzaqlaşmaq istəsələr də, maşın qarşıdan gələn taksi ilə toqquşub və nəticədə lüks avtomobil yaxınlıqdakı dükanın vitrininə girib.

Hadisə zamanı 3 nəfər yaralanıb. Onlardan biri yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

Polis hadisənin baş vermə səbəblərini müəyyənləşdirməyə çalışır.

Vazeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm