Abşeronda sürücünün ağır yaralanması ilə nəticələnən qəza baş verib
Bizi izləyin

Qırmızı.az

Abşeronda sürücünün ağır yaralanması ilə nəticələnən qəza baş verib

Abşeron rayonunda sürücünün ağır xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb.

Abşeron rayonunda sürücünün ağır xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb.

Publika.az-ın FHN-nin saytına istinadən xəbər verir ki, hadisə “Opel” markalı minik avtomobilinin yol ayrıcısına çırpılması nəticəsində baş verib.

Qəza nəticəsində avtomobil deformasiyaya uğrayıb və sürücü sıxılmış vəziyyətdə qalıb.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə vətəndaşı avtomobildən çıxararaq hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım stansiyasının həkimlərinə təhvil verib, habelə, hadisə yerində müvafiq təhlükəsizlik tədbirlər görüblər.

Əməliyyat saat 00:26-da başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm