
Azərbaycanın bəzi yerlərində havanın temperaturu yenidən yüksələrək 14 dərəcəyə çatacaq. Mülayim hava şəraitinin ölkə ərazisində yaxın günlər ərzində də davam edəcəyi gözlənilir.
Publika.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinə istinadən məlumatına görə, dekabrın 21-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi axşam arabir güclənəcək.
Havanın temperaturunun gecə 5-7, gündüz 8-12 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında dekabrın 21-də hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Cənub-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturunun gecə 2-7, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.