“Azərsu”da işləmək istəyənlərə YAXŞI xəbər
Bizi izləyin

Qırmızı.az

“Azərsu”da işləmək istəyənlərə YAXŞI xəbər

Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) “Göyçay Sukanal” Törəmə Səhmdar Cəmiyyəti və “Şəki Sukanal” Törəmə Səhmdar Cəmiyyəti üçün baş mühasib vəzifələri üzrə vakant yerlərə işçi qəbulu elan edir.

Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) “Göyçay Sukanal” Törəmə Səhmdar Cəmiyyəti və “Şəki Sukanal” Törəmə Səhmdar Cəmiyyəti üçün baş mühasib vəzifələri üzrə vakant yerlərə işçi qəbulu elan edir.

ASC-nin mətbuat xidmətindən verilən xəbərə görə, müsabiqədə 1C mühasibatlıq proqramı ilə işləmək bacarığı və bu sahədə azı 3 il iş təcrübəsi olan, 25-45 yaşlarında, ali təhsilli, Azərbaycan və rus dillərini bilən vətəndaşlar iştirak edə bilərlər.

Namizədlər CV-lərini [email protected] e-mail ünvanına göndərməli və müraciət formasında iddia edilən vəzifənin adı “baş mühasib” göstərilməlidir. Şəxsi məlumatlar Azərbaycan dilində olmalıdır və burada əvvəlki iş yerlərindəki öhdəliklər barədə ətraflı məlumat verilməlidir.

İşə qəbul müsabiqə əsasında həyata keçiriləcəkdir. Müsabiqənin birinci mərhələsi test imtahanı, ikinci mərhələsi isə “Azərsu” ASC-nin mütəxəssislərindən ibarət qrup tərəfindən keçirilən fərdi müsahibədən ibarətdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm