• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Baxır sözü kim və hansı məqsədlə deyir” - BEŞMƏRTƏBƏ

“Baxır sözü kim və hansı məqsədlə deyir” - BEŞMƏRTƏBƏ

Dəyişmək istərdinizmi?

1. İllərin sürətini...

- Yox, sürəti sevirəm.

2. Çevrənizi...

- Hə, hərdən lazımdır.

3. Adınızı...

- Yox, qətiyyən. Adımın vurğunuyam, mənası şimşək deməkdir, xarakterimə uyğundur.

4. Yaşınızı...

- Yox,bu illərimi qazanmışam.yaşım mənim həyat təcrübəmdir.

5. Bədəninizi...

- Hə, əvvəlki ölçülərimi istərdim.

Görüşməyi arzulardınızmı?

1. Yadplanetlilərlə...

- Hə, bir az qorxulu olsa da maraqlıdır onları görmək.

2. İlk sevginizlə (ilk sevdiyinizlə)...

- Hə, Qarabağda şəhid oldu, sonrakı illərdə onsuz necə yaşadığımı danışardım.

3. Məhəmməd Füzuli ilə...

- Hə, məncə, ən maraqli müsahibim olardı.

4. Vanqa nənə ilə...

- Yox, sabaha ümidlərlə yaşamaq,o hissi keçirməyi sevirəm.

5. İlk insan olan Adəmlə...

- Hə, çox maraqlıdır.

Darıxırsızmı?

1. Uşaqlığınız üçün...

- Hə, qayğısız, anamla bir yerdə olmağı istərdim.

2. Uzaq bir yer üçün...

- Yox, orada mənim doğmalarım yoxdursa, nəyə lazım?..

3. Dünyasını dəyişmiş kimsədən ötrü...

- Hə, çox,lap çox ANAMI istərdim ,başımı dizləri üzərinə qoyum söhbət edək.

4. Gələcəyi gözləməkdən...

- Yox, zaman öz axarı ilə gedəcək.

5. Bəzən səbəbsiz...

- Yox, səbəbsiz heç nə istəmədim, istəmirəm də.

Oxuya bilirsizmi?

1. Hər gün kitab...

- Hə, çalışıram heç olmasa bir neçə səhifə oxuyum.

2. Hər səhər qəzet...

-Yox, saytlarda olan məlumatlar kifayət edir.

3. Elektron material...

- Hə,mütləq.

4. Mahnı...

- Yox, dinləməyə daha çox üstünlük verirəm.

5. İnsanları üzündən...

- Hə, çox nadir hallarda yanıla bilərəm.

İnanırsızmı?

1. Sevdiyinizə yüz faiz...

-Yox, sevginin gözü kor olur deyiblər, doğrudur.

2. Bəşəriyyətin xoşbəxt gələcəyinə...

-Hə, inanıram.

3. Allaha...

- Hə. Yüz faiz!

4. İlk dəfə rastlaşdığınız adamın vədlərinə...

- Yox, vədlər əksər halda aldadıci xarakter daşıyır.

5. “Siz hamıdan yaxşı adamsınız” sözünə...

- Yox. Baxır bu sözləri kim və hansı məqsədlə deyir.

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR