Bakıda hərbi maşın "Mersedes"lə toqquşdu
Bizi izləyin

Qırmızı.az

Bakıda hərbi maşın "Mersedes"lə toqquşdu

Bakının Qaradağ rayonunu ərazisində qəza baş verib.

Axar.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinə məxsus yük maşını 99 NH 380 dövlət nömrə nişanlı “Mersedes” markalı mikroavtobusla toqquşub.

Qəza nəticəsində yük maşını aşıb. Xoşbəxtlikdən ölən və ağır yaralı yoxdur. Ancaq hər iki avtomobil yararsız hala düşüb.

Hadisə yerinə təcili tibbi yardım və Fövqəladə Hallar Nazirliyinin xilasetmə qrupları çağırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm