Bakı restoranlarında fövqəladə hazırlıq
Bizi izləyin

Qırmızı.az

Bakı restoranlarında fövqəladə hazırlıq

Bakı restoranlarında mühafizə xidməti gücləndirilib. Yeni il bayramı ərəfəsində şadlıq sarayları və restoranların təhlükəsizlik tədbirləri xüsusi iş rejiminə keçib.

Axar.az-ın məlumatına görə, restoran sahibləri mühafizənin təşkili üçün əlavə işçi qüvvəsi də cəlb ediblər.

Bayramqabağı məclislərdə insident yaşanmasının və hər hansı dava ehtimalının qarşısının alınması istəyi sahiblarları bu profilaktik addımı atmağa sövq edib. Bildirilir ki, bu addımın atılması restoran müdirlərinin öz təşəbbüsüdür. Onlar “Oazis” restoranında yaşanan məlum hadisədən sonra oxşar insidentin öz şadlıq evlərində olmasını istəmirlər.

“Yeni il milli bayramlarımızdan fərqli olaraq, spirtli içkilərin qəbulu ilə yadda qalır. Spirtli içkilər isə qarışıqlıq ehtimalını artırır. Buna görə də restoran sahibləri artıq indidən bunun qarşısını almaq barədə düşünürlər” – deyə mənbə qeyd edib.

Xatırladaq ki, sentyabrın 2-də “Oazis” restoranında baş verən kütləvi davaya görə iki maddə üzrə cinayət işi başlanıb. Binəqədi Rayon Polis İdarəsinin (RPİ) İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1 (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə) və 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə istintaq aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm