Qırmızı.az
““SABAH” qrupları savadlı tələbələrdən təşkil ediləcək" - Mikayıl Cabbarov
Bu gün Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələrində yaradılacaq “SABAH” qruplarının təqdimat mərasimi keçirilib.
Publika.Az-ın xəbərinə görə, tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov “SABAH” qruplarının yaradılması zərurəti haqqında fikirlərini bildirib:
““SABAH” qrupları savadlı, bacarıqlı və hazırlıqlı tələbələrdən təşkil ediləcək. Təhsil Nazirliyi “Azərbaycan Respublikasında təhsilin inkişafı strategiyası”na uyğun olaraq, ölkə təhsilinin strateji hədəflərindən biri kimi gənclərin potensialını inkişaf etdirməyi nəzərdə tutur”.
Nazir vurğulayıb ki, qloballaşan dünyanın yeni çağırışları və ölkədə yüksək biliyə malik cəmiyyətin qurulması zərurəti Azərbaycan gəncliyi qarşısında tamamilə yeni tələblər qoyur:
“Gənclərin intellektual və yaradılıcılıq potensialının inkişafı, onların elm, təhsil və yeni texnologiyalara marağının artması da bu istiqamətdə kompleks tədbirlərin həyata keçirilməsini aktuallaşdırıb. Müasir dövrdə gənc alim və mütəxəssislərin fəaliyyət sahələrində yeni innovativ idarəçilik mexanizmlərinin tətbiqi tələb olunur. Bu məqsədlərə nail olmaq üçün ali təhsil müəssilərində təhsilin keyfiyyətinin yüksəldilməsi və müasir tələblərə uyğun kadr hazırlığının təmin olunması əsas vəzifələrdəndir”.
Təbələrin seçimi məsələsinə aydınlıq gətirən nazir, “SABAH” qruplarının ali təhsil müəssiələri üzrə əyani şöbənin I kursunu müvəffəqiyyətlə bitirmiş tələbələrin formalaşdırdığını bildirib:
“Elmi-pedoqoji potensialı, tədris-laboratoriya və maddi-texniki bazası yüksək olan ali məktəblərdə “SABAH”qruplarına seçilmiş tələbələrin II kursdan təhsilini davam etdirməsi nəzərdə tutulur. “SABAH” qruplarına tələbələrin seçilməsi onların fəaliyyətinin müxtəlif aspektlərini nəzərə alan metodikaya uyğun aparılır”.
Gülxar
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO