Qırmızı.az
Millət vəkilinin anası dəfn edildi
Şairə Nurəngiz Gün dekabrın 21-də Yasamal
qəbiristanlığında dəfn olunub.
Publika.az-ın APA-ya istinadən verdiyi məlumata görə, mərhumun
evində təşkil olunmuş vida mərasimində Azərbaycan Yazıçılar
Birliyinin sədri, xalq yazıçısı Anar, xalq şairləri Sabir
Rüstəmxanlı, Fikrət Qoca, millət vəkilləri, ziyalılar iştirak
ediblər.
Xalq yazıçısı Anar, xalq şairi Sabir Rüstəmxanlı, mərhumun qızı,
millət vəkili Jalə Əliyeva və başqaları N. Günün ömür yolu, ədəbi
və bədii yaradıcılığı haqqında danışıb, onun vəfatını Azərbaycan
ədəbiyyatı üçün böyük itki kimi qiymətləndiriblər.
Daha sonra mərasim iştirakçıları mərhumun ruhuna dualar oxuyub,
Allahdan rəhmət diləyiblər.
N. Günün üç mərasimi dekabrın 22-də “Təzəpir” məscidində
keçiriləcək.
Qeyd edək ki, şairə Nurəngiz Gün dekabrın 20-də dünyasını dəyişib.
Onun uzun müddətdir xəstəlikdən əziyyət çəkdiyi bildirilir.
Nurəngiz Gün 1938-ci ildə Bakı şəhərində anadan olub.
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK