Gigiyena və Epidemiologiya Mərkəzinin binası yandı
Bizi izləyin

Qırmızı.az

Gigiyena və Epidemiologiya Mərkəzinin binası yandı

Mingəçevirdə Səhiyyə Nazirliyinə məxsus binada yanğın olub.

Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə Gigiyena və Epidemiologiya Mərkəzinin ərazisində qeydə alınıb.

Ümumi sahəsi 640 kv.m olan birmərtəbəli binanın dəhlizi yanıb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğınsöndürənlər gələnə qədər binanın tavanı 50 kv.m və mətbəxində əşyalar 10 kv.m sahədə (ümumi 60 kv.m) yanaraq kül olub.

Yanğından mərkəzin qalan hissəsi mühafizə olunub.

Yanğın saat 23:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm