"Zek" yenidən cinayətə əl atdı
Bizi izləyin

Qırmızı.az

"Zek" yenidən cinayətə əl atdı

Bakıda keçmiş məhkum yenidən həbs olundu.

Bakı Şəhər Baş Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin 11-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, avqustun 28-də Qobustan qəsəbəsində Bakı şəhər sakini Babalar Süleymanova məxsus mağazanın qapısını sındırmaqla mobil telefon və kassadan 320 manat oğurlamaqda şübhəli bilinən Qobustan qəsəbə sakini, əvəllər məhkum olunan 1993-cü il təvəllüdlü Sərvət Zərbəliyev tutulub.

Şübhəli şəxs ətrafında keçirilən ilkin əməliyyat-istintaq tədbirləri ilə müəyyən olunub ki, S.Zərbəliyev qəsəbə sakinləri 1992-ci il təvəllüdlü Şəfa Əlicanlı və 1990-cı il təvəllüdlü Vüsal Mehdiyevlə birlikdə dekabrın 8-də Qobustan qəsəbəsində Samir Niftəliyevə məxsus mağazadan pəncərəni sındırmaqla geyim əşyalarını talayıblar. Keçirilən əməliyyat-axtarış tədbirləri ilə Ş.Əlicanlı və V.Mehdiyev da tutularaq istintaqa təhvil verilib.

Vazeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm