Hava pisləşəcək - Soyuqlar başlayır
Bizi izləyin

Qırmızı.az

Hava pisləşəcək - Soyuqlar başlayır

Bu gün günortadan başlayaraq, Azərbaycanda hava şəraiti qısa müddətə dəyişəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, bu gün günün ikinci yarısından başlayaraq, ölkə ərazisində hava şəraiti küləkli olacaq. Günün ikinci yarısında cənub-qərb küləyi artıq şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə və səhər külək arabir güclənəcək. Sabah günün ikinci yarısında külək artıq mülayimləşəcək. Ölkə ərazisində havanın temparturunun əsasən sabah enəcəyi, dekabrın 24-dən isə temperaturun yenidən yüksələcəyi gözlənilir.

Dekabrın 23-də Bakıda və Abşeron yarımadasında havanın buludlu, bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Hava günün ikinci yarısında dəyişkən buludlu olacaq. Gecə şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Günün ikinci yarısında külək nisbətən mülayimləşəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 3-5, gündüz 6-9 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın bölgələrində sabah havanın arabir yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı proqnozlaşdırılır. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti təşkil edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm