Alternativ və bərpa olunan enerji mənbələri üzrə inkişaf xəritəsi hazırlanır
Bizi izləyin

Qırmızı.az

Alternativ və bərpa olunan enerji mənbələri üzrə inkişaf xəritəsi hazırlanır

Azərbaycan Respublikasının və inzibati rayonlarının alternativ və bərpa olunan enerji mənbələri (ABOEM) üzrə inkişafı, həmçinin də Qobustan rayonunun ABOEM vasitəsilə elektrik-enerji təchizatı xəritələrinin 2015-ci ildə tamamlanması nəzərdə tutulub. Bundan başqa, 2016-cı ildə ölkənin günəş enerji potensialı, 2017-ci ildə geotermal enerji potensialı, 2018-ci ildə isə biokütlə enerji potensialı xəritələrinin hazırlanması da planlaşdırılıb.

AzərTAc xəbər verir ki, bu barədə məlumat Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) 2015-2018-ci illəri əhatə edən Strateji Planında öz əksini tapıb. Planda bildirilir ki, Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələri (ABOEM) üzrə xəritələr Azərbaycan Milli Elmlər Akademiyasının institutları və Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu tərəfindən hidrometeoroloji ölçmələr əsasında tərtib olunub. Bu xəritələrin tərtibindən uzun müddət keçdiyini və digər ölkələrdə müasir elektron xəritələrin onlayn rejimdə mövcudluğunu nəzərə alaraq ölkəmizdə bu sahənin inkişafı vacibdir. Bu xəritələrdə təqdim olunan məlumatlardan elm, tədris müəssisələrində çalışan və oxuyan vətəndaşlar, ABOEM sahəsinə investisiya yatırmaq istəyən hüquqi və fiziki şəxslər istifadə edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm