Azərbaycanlı Moskvada şəkil oğurluğuna görə yaxalandı
Bizi izləyin

Qırmızı.az

Azərbaycanlı Moskvada şəkil oğurluğuna görə yaxalandı

Moskva cinayət axtarış əməliyyatçıları iyunun 13-də “Mariott-Qrand” otelin qalereyasında sərgilənən Mokovskinin “İvan Qroznının ölümü”, Polenovun “Çay ilə peyzaj” (115 min dollar dəyərindədir – red.) şəkillərini oğurlayan şəxsləri yaxalayıblar.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, şəkilləri oğurlayan 33 yaşlı Gürcüstan və 38 yaşlı Azərbaycan vətəndaşı olub. Onlar mağazaların birində zinət əşyalarını oğurladıqdan sonra hüquq mühafizə orqanları tərəfindən ələ keçiriliblər.

Barmaq izləri əsasında aparılmış analizdən sonra “Mariott” oteldən oğurlanan şəkilləri də onlar qarət etdikləri müəyyən olunub. Qarətçilər hüquq istintaq orqanları ilə əməkdaşlıqdan imtina edir və şəkillərin gizlətdikləri yerin adını açıqlamırlar.

Qeyd edək ki, qarətçilər mağazadan 25 min dollar dəyərində zinət oğurlayıblar.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm