65 yaşlı qadını döyüb gözünü çıxardılar, müavinət kartını əlindən aldılar – FOTO
Bizi izləyin

Qırmızı.az

65 yaşlı qadını döyüb gözünü çıxardılar, müavinət kartını əlindən aldılar – FOTO

Qohumları paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsinin 65 yaşlı kimsəsiz sakini, əslən Qubadlı rayonundan olan məcburi köçkün Gülcahan Məmmədovanı döyərək onun pensiya kartını əlindən alıblar.

Publika.az xəbər verir ki, bu barədə əməkdaşımıza Gülcahan Məmmədovanın özü xəbər verib. O bildirib ki, uzun müddətdir axşamlar bacısı oğlu Kamal Salmanovun fiziki təzyiqləri ilə üz-üzə qalır. Gülcahan Məmmədovanın sözlərinə görə, bacısının ailə üzvləri, o cümlədən oğlu bir dəfə onu elə döyüb ki, sağ gözü kor olub. Lakin qadın savadı olmadığına və yaza bilmədiyinə görə, polisə şikayət edə bilmir:

“Mənim pensiya kartım onlardadır. Odur ki, zibillikdən quru çörəkləri yığıb onunla dolanıram. Hər gün küçədə pul dilənirəm, amma bacım oğlu axşam gəlib məni döyür, pullarımı isə əlimdən alır. Hərdən pulum oğurlanır. Dillənəndə isə bacımın oğlu məni döyür, incidir”.

Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis bölməsinin rəis müavini Dövran Əliyev Publika.az-a bildirdi ki, Gülcahan Məmmədova tərəfindən polisə hər hansı yazılı şikayət ərizəsi daxil olmayıb: “Bununla bağlı bizdə hər hansı məlumat yoxdur. Araşdırma aparmaq üçün bölməyə müraciət olunmalıdır”.

Bölmə rəsmisi bu məsələnin araşdırılacağını bildirdi.

Mövzunu davam etdirəcəyik.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm