Avropalıların “Khazar İslands”a marağı artır
Bizi izləyin

Qırmızı.az

Avropalıların “Khazar İslands”a marağı artır

Sebiyanın sabiq prezidenti və İspaniyalı diplomat “Khazar İslands”da olublar.

Azərbaycanda səfərdə olan Serbiyanın sabiq prezidenti Boris Tadiç “Avesta Concern”in həyata keçirdiyi “Khazar İslands” layihəsi çərçivəsində görülən işlərlə yerində tanış olmaq üçün tikinti işlərinin aparıldığı əraziyə səfər edib.

2004-2012-ci illərdə Serbiyanın prezidenti olan Boris Tadiçi “Avesta Concern”in prezidenti Hacı İbrahim Nehrəmli qarşılayıb və hörmətli qonağa başçılıq etdiyi şirkət, onun həyata keçirdiyi layihələr və “Khazar İslands” haqqında geniş məlumat verib. “Khazar İslands” layihəsi haqqında məlumatlı olduğunu, görülən işlərlə şəxsən tanış olmaq üçün tikinti işlərinin həyata keçirildiyi əraziyə səfər etdiyini qeyd edən sabiq prezident Boris Tadiç görülən işləri yüksək qiymətləndirib. “Khazar İslands” layihəsi ətrafında “Avesta Concern”in prezidenti Hacı İbrahim Nehrəmli ilə müzakirələr aparan sabiq prezident Boris Tadiç layihə ilə bağlı öz fikir və təkliflərini səsləndirib.

“Avesta Concern”in prezidenti Hacı İbrahim Nehrəmli hörmətli qonağın təkliflərinin maraqlı olduğunu, layihənin həyata keçirilməsi prosesində onlardan istifadə edilə biləcəyini qeyd edib. Bundan başqa Serbiyanın sabiq prezidenti Boris Tadiç “Khazar İslands” layihəsinə Serbiyadan olan iş adamlarının qoşulma imkanlarını, tikintidə serb şirkətlərinin iştirak edə biləcəyini də qeyd edib. “Avesta Concern”in prezidenti Hacı İbrahim Nehrəmli Serbiyadan olan iş adamları əməkdaşlığa hazır olduqlarını, Azərbaycanla Serbiya arasında münasibətlərin yüksək səviyyədə olmasının buna geniş imkanlar açdığını qeyd edib.

Görüş zamanı “Avesta Concern”in prezidenti Azərbaycanla Serbiya arasında münasibətlərin yüksək səviyyədə olmasında Boris Tadiçin xüsusi rolu olduğunu qeyd edib və onu Azərbaycanın Avropadakı ən yaxın dostlarından biri adlandırıb. Hacı İbrahim Nehrəmli Azərbaycanla Avropa, o cümlədən Serbiya arasında münasibətlərin yüksək səviyyədə olmasında Azərbaycan prezidenti İlham Əliyevin müstəsna xidmətlərinin olduğunu da qeyd edib. “Avesta Concern”in prezidentinin fikiri ilə həmrəy olduğunu qeyd edən Boris Tadiç Azərbaycana çox böyük marağı olduğunu, Sebiya ilə Azərbaycan arasında münasibətlərə xüsusi önəm verdiyini qeyd edib və bundan sonra “Khazar İslands” layihəsinin həyata keçirilməsini də yaxından izləyəcəyini vurğulayıb.

“Avesta Concern”in nəhəng “Khazar İslands” layihəsinin reallığa çevrilməyə başlaması yerli və xarici iş adamlarının diqqətini cəlb etdiyi kimi, ölkəmizdə mövcud olan səfirlik və diplomatik nümayəndəliklərin də diqqət dairəsindədir. Son iki ayda İsrail, Səudiyyə Ərəbistanı, Rusiya, Yaponiya və Malaziyanın ölkəmizdəki səfirlərinin “Khazar İslands”a səfər edib, görülən işlərlə yerində tanış olmaları da buna sübutdur. İspaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Xose Luis Diez də “Khazar İslands”a səfər edib və “Avesta Concern”in prezidenti Hacı İbrahim Nehrəmli ilə görüşüb. “Avesta Concern”in prezidenti hörmətli qonağa rəhbərlik etdiyi şirkət, onun bu günə kimi həyata keçirdiyi layihələr və böyük marağa səbəb olan “Khazar İslands” haqqında geniş məlumat verib. Xose Luis Diez “Avesta Concern”inin həayata keçirdiyi “Khazar İslands” layihəsi ilə bağlı məlumatı olduğunu, layihənin həyata keçirilməsi işləri ilə şəxsən tanış olmaq inşaat işlərinin həyata keçirdiyi əraziyə səfər etdiyini qeyd edib. İspaniyalı diplomat “Khazar İslands”ı möhtəşəm layihə adlandırıb və gənc müstəqil bir dövlətin iş admının belə böyük layihəyə imza atmasını təqdirə layiq olduğunu qeyd edib. “Avesta Concern”in prezidenti Hacı İbrahim Nehrəmli “Khazar İslands” layihəsi çərçivəsində bir çox ölkələrdən olan şirkətlərlə əməkdaşlıq etdiklərini, İspaniya şirkətləri də əməkdaşlığa hazır olduğunu bildirib. Xose Luis Diez ölkəsinin iş adamlarının bu layihədə yer almasının arzu edilən olduğunu, iş adamları arasında münsibətlərin dövlərimiz və xalqlarımız arasındakı münsibətlərə də müsbət təsir göstərəcəyini qeyd edib və “Avesta Concern”in prezidenti Hacı İbrahim Nehrəmlini İspaniyaya səfərə dəvət edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm