• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Tələbələr səfirliyin binasına hücum çəkdi

Tələbələr səfirliyin binasına hücum çəkdi

200-ə yaxın tələbə səfirliyin binasına hücum ediblər. Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ankara Cinnah prospektində yerləşən Liviya səfirliyinin binası önünə gələn tələbələr aylıq təqaüdlərini almadıqları üçün səfirliyin binasına daxil olmaq istəyiblər.

Nəticədə səfirliyin təhlükəsizlik xidməti ilə 200 nəfər tələbə arasında qalmaqal yaşanıb. Bir qədər davam edən mübahisədən sonra tələbələr dəmir barmaqlıqları aşaraq içəri daxil olublar. Hadisə barədə məlumt verildikdən sonra olay yerinə çoxlu sayda polis əməkdaşı cəlb olunub. Tələbələr isə bu vaxt səfirliyin bağçasında yetkili şəxsləri gözlədiklərini bəyan ediblər. Lakin Livya səfirliyinin səlahiyyətli şəxsləri polis əməkdaşlarından tələbələri dərhal səfirliyin ərazisindən uzaqlaşdırmağı tələb edib və bununla bağlı nota veriblər.

Türkcə və ərəbcə tərtib olunan notada qeyd olunur ki, guya türk polisi Liviya səfirliyinin təhlükəsizliyinin təmin olunması istiqamətində yetərli addım atmır. Bu səbəbdən də səfirlik Türkiyə rəsmilərindən ərazinin təhlükəsizliyin ən yüksək səviyyəyə çatdırılmasını, eləcə də tələbələrin dərhal ərazidən uzaqlaşdırılmasını xahiş edir.

Vazeh

Xəbər lenti

DAHA ÇOX XƏBƏR