Kredit borcuna görə iş yerini soydu
Bizi izləyin

Qırmızı.az

Kredit borcuna görə iş yerini soydu

Banka olan borcunu ödəyə bilməyən şəxs iş yerini qarət edib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Samsunda İlkaddım mahalının Selahiyə məhəlləsində yerləşən market soyulub. Belə ki, banka borcunu ödəməkdə çətinlik çəkən şəxs marketdən 13 min 500 lirə oğurluq edib. Kassada olan pul oğurlandıqdan sonra hadisə ilə bağlı polisə məlumat verilib. İlkaddım Polis İdarəsinin Asayiş Bürosu əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində marketin qapının sındırılmadığı bəlli olub.

Bu səbəbdən də polislər marketin məhz işçilərdən biri tərəfindən qarət olunduğu qənaətinə gəlib. Pulla dolu torbanı kassaya qoyan xəzinədar, 32 yaşlı T.A.-nı izləməyə başlayan polis əməkdaşları müəyyən edib ki, adıçəkilən şəxsin banka 4 min 6 yüz lirə borcu olub. İstintaq tədbirləri zamanı bəlli olub ki, o, banka borcunu ödəmək məqsədilə işlədiyi yeri soyub. Bundan sonra polis T.A.-nı yaxalayıb. O, ittihamları qəbul etməsə də? əldə olunmuş dəlil-sübut bunun əksini isbatlayıb.

Faktla bağlı araşdırmalar davam edir.

Vazeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm