Təhsil naziri yaxşı futbol oynayır
Bizi izləyin

Qırmızı.az

Təhsil naziri yaxşı futbol oynayır

"Hazırki Təhsil Nazirinin özü də yaxşı futbol oynayır, bir komandada da oynamışıq".

Publika.az-ın məlumatına görə, bu barədə millət vəkili Fazil Mustafa öz Facebook səhifəsində yazıb.

Sabah saat 11.30-da "Neftçi" idman bazasında Dünya Azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə futbol yarışı keçiriləcəyini xatırladan millət vəkili nostalji hisslərini də qeyd edib.

"Milli Məclisin aparatının komandasının tərkibində bu yarışda gənclərimizlə eyni komandada mən də oynayacağam. Əsas məqsədim odur ki, ölkədə idmanın inkişafını dəstəkləyək, uşaqların və gənclərin öz sağlamlıqlarını düşünməsi üçün həvəsləndirici nümunə göstərək. Bu gün ölkə prezidenti idmançılarla görüşdü, onları mükafatlandırdı, idmana və idmançılara dəyər verdiyini göstərdi.

Saytlarda oxudum ki, Təhsil Nazirliyinin aparatının əməkdaşları arasında 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş stolüstü tennis turniri keçirilib və bu maraqlı turnirdə təhsil nazirinin müavini Firudin Qurbanov qalib gəlib. Çox təqdirəlayiq bir tədbirdir. Ümumiyyətlə, Təhsil Nazirliyinin bu istiqamətdə fəaliyyətini canlandırması vacibdir. Çünki idmana vərdiş məktəb illərindən başlamalıdır. Bir neçə ay öncə tələbələr arasında futbol turniri də keçirilmişdi və İdman Akademiyası ilə BDU arasında final görüşü çox zövqlü olmuşdur. Hüquq fakultəsində təhsil aldığım illərdə BDU-nun futbol komandasının hücumçusu olduğumu nəzərə alarsaq, maraqlı nostalji duyğuları yaşadığımı da söyləyə bilərəm. Hazırki Təhsil Nazirinin özü də yaxşı futbol oynayır, bir komandada da oynamışıq. Bir çox hallarda vəzifəli şəxslərin, tanınmış simaların belə yarışlarda iştirakı, hətta tamaşaçı kimi seyr etməyə gəlməsi ətrafdakılara da yaxşı təsir edir. Azərbaycan gənclərini narkomaniyadan, siqaretdən, alkaqoldan, başqa pis vərdişlərdən uzaqlaşdırmaq üçün idmana xüsusi diqqət ayırmaq lazımdır. Hər bir gənc üçün pulsuz idmanla məşğul olmaq imkanı əlçatan olmalıdır."

Oxumağa davam et
Reklam
Reklam

Gündəm