• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Avtoxuliqan polisi vurub qaçdı

Avtoxuliqan polisi vurub qaçdı

Gecə saatlarında Bakının Binəqədi rayonunda avtoxuliqanlıq edən sürücü zəncirvari yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçıb.

Publika.az ANS PRESS-ə istinadən xəbər verir ki, “Mercedes” markalı avtomobil Eldar Babayev küçəsi ilə hərəkətdə olarkən “giriş qadağandır” nişanının tələbini pozaraq hərəkətini davam etdirib. Bu zaman ərazidə xidmət aparan patrul maşını yüksək sürətlə hərəkət edən maşını bir neçə dəfə saxlamağa cəhd etsə də, sürücü qarşı yola çıxaraq təqibdən yaxa qurtarıb.

Yol boyu bir neçə dəfə avtomobillər və polis maşını üçün təhlükə yaradan avtoxuliqan Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində yerləşən körpünün altında idarə etməni itirib. Nəticədə işıqforun qırmızı ışığında dayanan Vüsal Tağıyevə məxsus “Nissan” markalı maşına, daha sonra İmran Cəfərova məxsus “Hyundai” markalı nəqliyyat vasitəsinə çırpılıb.

Yol polisləri dərhal ərazidə süni tıxac yaradaraq avtomaşını saxlamağa müvəffəq olublar. Yol patrul xidmətinin inspektoru Azər Musayev avtomobilə yaxınlaşaraq sürücünü maşından düşürtmək istəsə də, içkili sürücü ona xəsarət yetirərək hadisə yerindən qaçıb.

Əraziyə dövlət yol polisi idarəsi yol-patrul xidmətinin bir neçə patrul maşını və təcili yardım briqadası cəlb olunub. Yaralı polisə hadisə yerində ilkin tibbi yardım göstərilib. Polislər dərhal qəzanı törədərək hadisə yerindən qaçan avtoxuliqan sürücünün axtarışlarına başlayıb. Sürücünün tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR