Bakıda qardaş bacısını boğdu
Bizi izləyin

Qırmızı.az

Bakıda qardaş bacısını boğdu

Bakıda 27 yaşlı qardaş 25 yaşlı bacısını dəsmalla boğaraq qətlə yetirib.

Xəzər rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, dekabrın 22-də saat 12:00 radələrində Xəzər rayonunun Şüvəlan qəsəbəsi sakini, 1987-ci il təvəllüdlü Tofiq Qədirov bacısı 1989-cü il təvəllüdlü Ramiləni aralarında baş vermiş mübahisə zəminində dəsmalla boğaraq qətlə yetirib.

Hadisə ilə bağlı Tofiq Qədimov şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm