Salyanda ağır yol qəzası: 2 ölü, 1 yaralı
Bizi izləyin

Qırmızı.az

Salyanda ağır yol qəzası: 2 ölü, 1 yaralı

Salyan rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Salyan Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, dekabrın 22-də saat 23.30 radələrində Ələt-Astara yolunun 58-ci kilometrliyində - Salyan rayonu ərazisində Salyan rayon sakinləri - 1984-cü il təvəllüdlü Əsgərov Rauf Ramil oğlunun idarə etdiyi “VAZ 2106” və Mehdiyev Elşad Qəmbəralı oğlunun idarə etdiyi “Toyota-Prado” markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində VAZ-da olan sərnişinlər - Salyan rayonu Xələc kənd sakini, 1980-ci il təvəllüdlü İsayev Vüqar Mehman oğlu və Salyan rayon Kürkənd sakini, 1978-ci il təvəllüdlü Ağayev Elmar Bəyoğlan oğlu hadisə yerində ölüblər.

Ağır bədən xəsarətləri alan VAZ-ın sürücüsü Elşad Mehdiyev isə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm