FHN təlim keçirir
Bizi izləyin

Qırmızı.az

FHN təlim keçirir

FHN təlim keçirir

2014cü il fevralın 14-də Fransa Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi, 7 ünvanında yerləşən inzibati binasında Fövqəladə Hallar Nazirliyinin qurumlarının iştirakı ilə taktiki-xüsusi təlim keçiriləcək.

Təlimin saat 15.00-da başlanması nəzərdə tutulur. Bu barədə FHN məlumat yayıb.

Təlimin keçirilməsində əsas məqsəd Fransa səfirliyinin yanğın zamanı fəaliyyət planının reallığının yoxlanılması, səfirlik əməkdaşlarına yanğın hadisəsi zamanı fəaliyyət üzrə əməli vərdişlərin aşılanması,

Fövqəladə Hallar Nazirliyinin xilasetmə və yanğınsöndürmə bölmələrinin şəxsi heyətinin səfirliyin ərazisində baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi sahəsində peşəkarlığının daha da artırılmasından ibarətdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm