FHN partlayışla bağlı məlumat yaydı
Bizi izləyin

Qırmızı.az

FHN partlayışla bağlı məlumat yaydı

FHN partlayışla bağlı məlumat yaydı

Bakının Binəqədi rayonu, 8-ci mikrorayon Süleyman Sani Axundov küçəsində yerləşən yarımçıq tikilinin zirzəmi hissəsində partlayış hadisəsi baş verib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Mülki Müdafiə Qoşunlarının canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, partlayışın təsirindən tikilinin dəmir-beton konstruksiyalı sütunları dağılıb, beton tavan çöküb və bəzi yerlərdə açıq alov mənbəyi müşahidə olunub. Yanğın, yanğınsöndürənlər tərəfindən söndürülüb. Partlayış nəticəsində 4 nəfər xəsarət alıb.

Əməliyyat saat 12:24-də başa çatıb. Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Bakının Binəqədi rayonu, 8-ci mikrorayon Süleyman Sani Axundov küçəsində yerləşən yarımçıq tikilidə partlayış hadisəsi baş verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm