Təhsil Şöbəsinin müdir müavininin oğlu qayınanası və həyat yoldaşını qətlə yetirdi
Bizi izləyin

Qırmızı.az

Təhsil Şöbəsinin müdir müavininin oğlu qayınanası və həyat yoldaşını qətlə yetirdi

Lerik rayonunda dəhşətli ailə faciəsi baş verib.

Hadisə şahidlərinin Publika.az-a verdiyi məlumata görə, Lerik rayon sakini Camaləddin Cəbrayıl oğlu Surətov qayınanası Laləni və həyat yoldaşı Məhsəti Surətovanı odlu silahla qətlə yetirib . Bundan sonra uşaqlarını özü ilə doğulduğu Anbu kəndinə aparıb. Övladlarını atasıgilə təhvil verən Camaləddin ov tüfəngi ilə özünü vurub. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.


Qətlin səbəbləri hələlik məlum deyil.


Əldə etdiyimiz məlumata görə, Camaləddinin atası Cəbrayıl Surətov Lerik rayon Təhsil Şöbəsinin müdir müavinidir.


Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm