"Evlənəcəm" deyib qızı zorladı - Bərdədə
Bizi izləyin

Qırmızı.az

"Evlənəcəm" deyib qızı zorladı - Bərdədə

Ötən gün Azərbaycanda iki təcavüz hadisəsi ilə bağlı “Təmiz dünya” İctimai Birliyinə müraciət daxil olub.

Publika.az-ın məlumatına görə, İctimai Birliyin sədri qeyd edib ki, Bərdədə zorlandığı iddia olunan qızın anası təşkilatla əlaqə saxlayıb.

Qızın anası bildirib ki, qızı 2012-ci ildə, evlərində tanış şəxs tərəfindən zorlanıb. Lakin oğlan bu barədə heç kəsə danışmaması üçün qızı təhdid edib və qıza söz verib ki, onunla evlənəcək. Qız da bu müddət ərzində susub.

Lakin oğlan 15 yaşlı digər bir qızla nişanlanıb. Bu günlərdə oğlanın başqa qızla nişanlanması barədə xəbəri eşidən qız intihara cəhd edib. Qız intihara cəhd etmədən öncə məktub yazıb. Qızın valideynləri məktubu oxuyublar və hadisədən xəbərdar olublar. İntihara cəhdin qarşısı alınıb. Bu hadisəni eşidən oğlan isə aranı sakitləşdirmək üçün qıza onunla evlənəcəyi barədə yenidən söz verib.

Hadisə ilə bağlı qızın ailəsi prokurorluğa müraciət edib.

“Hadisənin üstündən iki il keçdiyi üçün zorlamanı sübut etmək çox çətindir. Ola bilsin ki, gənc boynuna alsın ki, o qızla intim əlaqədə hər hansı formada olub. İş sübut olmadığına görə bağlanıb”, - Mehriban Zeynalova bildirib.

Onun sözlıərinə görə, analoji hadisə Suraxanı rayonunda da baş verib. Bu barədə isə təşkilata təcavüzə məruz qalan qızın rəfiqəsi məlumat verib. İkinci müraciət də hadisənin üstündən 1 ildən çox vaxt keçdikdən sonra edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm