Dövlət qulluqçularının pensiya təminatında yeniliklər olacaq
Bizi izləyin

Qırmızı.az

Dövlət qulluqçularının pensiya təminatında yeniliklər olacaq

Dövlət qulluğunda bir sıra dəyişikliklər edilə bilər.

Publika.az xəbər verir ki, bu barədə dövlət qulluğuna dair qanunvericiliyin təkmilləşdirilməsi və sistemləşdirilməsi məqsədilə Dövlət Qulluğu Məcəlləsinin ilkin layihəsinin ictimaiyyətə təqdim olunma mərasimində bildirilib.

Dövlət Qulluğu Məcəlləsinin ilkin layihəsinin müzakirəsi zamanı çıxışında Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Hüquq şöbəsinin müdiri Vüqar Əsgərov bildirib ki, ixtisas dərəcələri, dərəcələrin verilməsi və ləğv edilməsi, dövlət qulluğuna qəbulun müsabiqə əsasında həyata keçirilməsinin təkmilləşdirilməsi, ehtiyat kadrların vəzifəyə təyini, dövlət qulluğunun qiymətləndirilməsi qaydasının təkmilləşdirilməsi, intizam və tənbeh məsələləri, dövlət qulluqçularınnın məvacibi, pensiya təminatında yeniliklər olacaq.

Onun sözlərinə görə yeni məcəllədə dövlət qulluğuna qəbul qaydaları təkmilləşdirilib, dövlət qulluqçularının ixtisasartırma prosedurları yaxşılaşdırılıb.

V. Əsgərov qeyd edib ki, dövlət orqanları tərəfindən verilmiş rəy və təkliflər də nəzərə alınmaqla layihə Komissiya tərəfindən yenidən işlənərək təkmilləşdirilib. Yeni məcəllədə ehtiyat kadrların idarəedilməsi məsələsi müəyyənləşdirilib. Burada staj və sınaq müddətinə yenidən baxılıb, dövlət qulluqçularının maddi vəziyyəti, dövlət qulluğundan kənarlaşdırma səbəbləri dəqiqləşdirilib.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm