Qırmızı.az
Oğurluqda ittiham olunan qadın: "O, uşağı mənə satıb"
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlı uşağı
oğurlamaqda təqsirli bilinən Xırda Babayevanın cinayət işi üzrə
məhkəmə prosesi başlayıb.
Trend-in məlumatına görə, hakim Ramella Allahverdiyevanın
sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.
Xırda Babayeva səslənən ittihamların uydurma olduğunu deyib. Onun
sözlərinə görə, uşağın anası ilə parkda tanış olub: “Həmin qadın
uşağına baxa bimədiyini dedi. Qadın anasının xəstə olduğunu, ərinin
uşaqlara baxmadığını bildirdi. O, uşağı pul müqabilində mənə
satıb”.
Daha sonra zərərçəkmişlər və şahidlər ifadə veriblər. Məhkəmə iclası yanvarın 7-də davam edəcək.
İttihama görə, 2014-cü ilin avqustun 13-də Sumqayıt şəhər sakini Aysel Əhmədova Daxili İşlər Nazirliyinin “102” xidmətinə və Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edərək həmin gün azyaşlı uşaqları ilə birlikdə şəhərdəki “Nəsimi” adına parkda olarkən, 2 aylıq qızı Aylinin tanımadığı qadın tərəfindən oğurlandığını bildirib.
Faktla bağlı Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu)
maddəsi ilə cinayət işi başlanıb. Həyata keçirilmiş
əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində cinayəti
törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Xırda Babayeva
sentyabrın 3-də tutulub.
Müəyyən edilib ki, 2004-cü ildən Türkiyə Respublikanın vətəndaşı
ilə ailə qurmuş Xırda Babayeva övladları olmadığına görə yeni
doğulmuş uşaq oğurlamaq niyyətinə düşüb. Bu məqsədlə Sumqayıt
şəhərində qaçqın ailələrinin kompakt yaşadıqları yerə gəlib,
sakinlərə özünü “İmkansız ailələrə yardım fondu”nun nümayəndəsi
kimi təqdim edərək yeni doğulmuş və köməyə ehtiyacı olan ailələrlə
maraqlanıb.
Orada Aysel Əhmədova ilə tanış olub, körpəsini gördükdə onu oğurlamaq qərarına gəlib. Gənc ananın inam və etibarını qazanmaq üçün özü ilə gətirdiyi ərzaq məhsullarını da həmin ailəyə verib, onlarla birlikdə parka gəzintiyə çıxıblar. Yaranmış fürsətdən istifadə edən Xırda Babayeva körpəni oğurlayaraq hadisə yerindən yayınıb.
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu