Metroda bomba həyəcanı
Bizi izləyin

Qırmızı.az

Metroda bomba həyəcanı

Polisə yalan məlumat verən şəxsin kimliyi müəyyənləşdirilib.

Publika.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, dekabrın 24-də saat 01.45 radələrində naməlum şəxs nazirliyin "102" qaynar xəttinə zəng edərək metronun “28 May” stansiyasının yanına bomba qoyulması barədə məlumat verib. Dərhal həyata keçirilmiş tədbirlər nəticəsində məlumat təsdiqini tapmayıb.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yalan məlumatı vermiş Mingəçevir şəhər sakini 32 yaşlı Taleh Səfərov metronun “28 May” stansiyasının yaxınlığında tutulub. Onun sərxoş halda olması müəyyən edilib.

Faktla bağlı araşdırmalar aparılır.

Vazeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm