Bakıda hava küləkli olacaq
Bizi izləyin

Qırmızı.az

Bakıda hava küləkli olacaq

Yaxın 3 gün ərzində Azərbaycanda küləkli hava şəraiti olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, dekabrın 25-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Səhər və axşam bəzi yerlərdə duman gözlənilir. Şimal qərb küləyi səhər mülayimləşək, günün ikinci yarısında arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq.

Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 3-6, gündüz 9-14 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın bölgələrində hava əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman gözlənilir, qərb küləyi ayrı-ayrı yerlərdə güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 0-5, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti proqnozlaşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm